Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəlzələnin yararsız hala saldığı ev Ağsu sakinlərini çıxılmaz vəziyyətə salıb – VİDEO

128 Baxış

Ağsu rayonunda baş verən zəlzələdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də evləri qəzalı vəziyyətdə olan vətəndaşlar var. 

Baku TV evi qəzalı vəziyyətdə olan Ağsunun Daşdəmirbəyli kəndində yaşayan Hüseynovlar ailəsində olub. Ev sahibi vaxtilə kərpicdən tikilən, yaşı 100-ü ötmüş və dörd bir tərəfi dağılmış evi dirəklər vasitəsilə xilas etməyə çalışır. Evə baxış keçirən aidiyyəti qurumlar evin təmirə ehtiyac olduğu qənaətinə gəlib və akt tərtib ediblər. Ailə isə bu qərarla razılaşmır.

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemdən xəbərdardırlar. Tövsiyə olunub ki, zərərçəkənlər aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə müraciət etsinlər. Əgər imtina edilibsə, səbəblər göstərilərək təkrar müraciət edilməlidir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, evə baxış keçirildikdən sonra bərpa işlərinin həyata keçirilməsi üçün müqavilə bağlansa da, vətəndaş bərpa işlərinin aparılmasından imtina edib. 

Qeyd edək ki, ailənin oğlu Nemət Hüseynov Aprel döyüşlərində iştirak edib. Həmçinin Vətən müharibəsində döyüşlərə qatılıb və “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Hazırda isə səhhətində olan problemlərə görə müalicə alır.

Ətraflı videonu təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678