Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yolun çökməsi sürücülərə qəza şəraiti yaradır – VİDEO

108 Baxış

Bakının mərkəzi küçələrinin birində asfalt örtüyü dağıdılıb.

Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlar tərəfindən videogörüntü göndərilib. Məlumata görə, söhbət İzzət Nəbiyev küçəsindən gedir. İkitərəfli hərəkət olan yolun sağ hərəkət zolağında asfalt örtüyünün bir hissəsi yarasız hala düşüb. 

Vətəndaşın sözlərinə görə, mütəmadi olaraq istifadə etdiyi yol artıq bir həftəyə yaxındır ki, bu haldadır:

“Nəqliyyat vasitəsi bu ərazidən keçə bilmir. Sürücü məcburdur ki, qarşı hərəkət zolağına çıxsın. Bu zaman isə qəza şəraiti yaranır. Məsələ ilə bağlı isə tədbir görən yoxdur”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678