Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda Türkiyənin “Sənət Akademiyası”nın təşəbbüsü ilə film çəkiləcək – FOTO

127 Baxış

Türkiyənin məşhur Eslem Film Yapım Şirkəti və Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə birlikdə yaratdıqları “Sənət Akademiyası” yaxın günlərdə Bakıda film çəkilişinə başlayacaq.

Oxu.Az xəbər verir ki, çəkiləcək filmin baş rollarında “Kurtlar Vadisi”nin sevilən obrazlarından olan Erhan Güllünü canlandıran aktyor Erhan Ufak və Almaniyadan dəvət edilmiş aktrisa Canan Nəzirova yer alacaqlar.

“Sənət Akademiyası” və Eslem Film Yapım Şirkətinin rejissoru Yalçın Çoban yaxın günlərdə Bakıda çəkiləcək filmin hazırlıqlarına başlayacaq. “Aprel” adlandırılan film dram, sevgi və “aksiyon” janrlarını əhatə edəcək.

Filmdə Türkiyəli aktyorlarla yanaşı Azərbaycanlı aktyorlar da yer alacaq. Bununla bağlı Türkiyədən İbrahim Bülbülün rəhbərliyi ilə gələn heyət artıq çəkilişlərlə bağlı Azərbaycan tərəfi ilə razılıq əldə edib.

Filmin bütün çəkilişləri Azərbaycanda çəkiləcək. Paytaxtın ən maraqlı məkanlarında aparılacaq çəkilişlərlə ərsəyə gələcək film Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği baxımından mühüm önəm kəsb edəcək. 

Filmin qala gecəsinin də Bakıda keçiriləcəyi planlaşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678