Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-da bayram günü şəhid ailələri və qazilərlə birlikdə qeyd edilib – FOTO

179 Baxış

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə SOCAR-da bir sıra tədbirlər keçirilib. Əvvəlcə Vətən müharibəsində şirkətin Təhlükəsizlik idarəsinin şəhid əməkdaşlarından bəhs edən “Zəfər Guşəsi”nin açılışı olub.

Bu barədə SOCAR-ın yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, tədbirə idarənin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə yanaşı, şəhid ailələri də qatılıb. 

Daha sonra tədbir iştirakçıları idarənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

SOCAR-ın Təhlükəsizlik idarəsinin rəisi Füzuli Hacıyev çıxışında bu il Silahlı Qüvvələr gününün əvvəlki illərdən fərqli olaraq daha böyük coşğu ilə qeyd edildiyini bildirərək bunun müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Milli Ordumuzun rəşadəti sayəsində baş verdiyini deyib.

Füzuli Hacıyev Vətən müharibəsində Təhlükəsizlik İdarəsinin 55 əməkdaşının iştirak etdiyini, onlardan üç nəfərin – Alı Həsənli, Tural Dəmirçiyev və Səmural Fətəliyevin şəhid olduğunu bildirib:

“Döyüşlərdə iştirak etmiş əməkdaşlarımız, qazilərimiz və şəhid ailələri ilk günlərdən bütün SOCAR kollektivinin xüsusi qayğısı ilə əhatə olunub”.

Tədbirdə bu ilin mart ayında SOCAR prezidenti Rövnəq Abdullayev tərəfindən Fəxri fərmanla təltif olunan Vətən müharibəsi iştirakçılarına mükafatlar təqdim edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678