Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Gazelli Group”dan qüdrətli Ordumuza ithafən hazırlanan “Dastan” parfümü – FOTO

115 Baxış

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group” şirkəti 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə ordumuza və şanlı qələbəmizə həsr olunan “DASTAN” parfümünü ictimaiyyətə təqdim edib. 

Təqdimat mərasimində çıxış edən “Gazelli Group” şirkətinin direktoru Nərmin İsmayılova bildirib ki, 20 ildən artıq fəaliyyəti dövründə “Gazelli Group” ölkəmizin kosmetik məhsulları ilə təminatında əsas rolu oynamaqla yanaşı, sosial fəaliyyəti ilə də daim Azərbaycan dövlətinin və xalqının yanında olmağa çalışıb.

Eləcə də 2020-ci ildə şanlı qələbəmizlə başa çatmış Vətən müharibəsi dövründə şirkət tərəfindən ordumuza, xalqımıza və dövlətimizə dəstək göstərilib. Nərmin İsmayılovanın sözlərinə görə, “DASTAN” parfümünün yaranma ideyası Zəfər Günümüz – 8 noyabr tarixinə təsadüf edir: “Azərbaycan əsgəri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Bu da bizi daim qələbəmizi xatırladacaq “DASTAN” ətrini yaratmağa ruhlandırıb. “DASTAN” ətri əsl qəhrəmanlar üçün yaradılıb, müzəffər, möhkəm, iradəli, güclülərin ətridir”.

Nərmin İsmayılova əlavə edib ki, bu layihənin özəlliyi ondadır ki, “DASTAN” parfümünün satışından əldə olunacaq gəlir “YAŞAT” Fonduna köçürüləcək. 

Çıxış edən “YAŞAT” Fondunun sədr müavini Rəbiyyə Cəfərova “Gazelli Group”un bu təşəbbüsünü yüksək qiymətləndirərək, özəl sektorun nümayəndələrini analoji layihələr reallaşdırmağa çağırıb. Çünki hər bir belə layihə Vətən uğrunda canlarından keçmiş şəhid ailələrinin və sağlamlıqlarını itirmiş qazilərimizin həyat şəraitlərinin yaxşılaşdırılması üçün əhəmiyyətli dəstək olur. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova da “Gazelli Group”un bu layihəsini nümunəvi adlandırıb. Bildirib ki, qələbəmizin rəmzləri nə qədər çox olsa, dünya ictimaiyyətinin Qarabağ mövzusundan məlumatlandırılması prosesi bir o qədər də əlçatan olacaq. Qarabağ müharibəsi veteranları isə çıxışlarında heç zaman unudulmadıqlarını dilə gətirərək, “Gazelli Group”a Silahlı Qüvvələr Günü münasibəti ilə onlara belə fərqli hədiyyə hazırladığı üçün təşəkkürlərini bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678