Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə müalicə alan qazilərimiz Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil olunan bayram tədbirində – FOTO

109 Baxış

Türkiyədə müalicə alan qazilərimiz Diasporla İş üzrə Dövlət Komitəsinin 26 İyun –Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil etdiyi bayram tədbirinə dəvət olunub.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir. Səfər çərçivəsində 26 İyun –Silahlı Qüvvələr Günü münasibəti ilə bayram tədbiri keçirilib. Koordinasiya Şuralarının və Azərbaycan Evlərinin təmsilçiləri ilə yanaşı, tədbirə İstanbul şəhərində müalicə alan qazilər və onların ailə üzvləri, eləcə də Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndələri və millət vəkilləri dəvət edilib.

Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycanın tarixi Zəfəri şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin mərdliyi, rəşadəti, dövlətimizin yürütdüyü müdrik və uzaqgörən siyasət hesabına qazanılıb. Tədbirə dəvət olunmuş qaziləri salamlayan Komitə rəhbəri bildirib ki, qazilərimiz şücaət,cəsarət,igidlik və mərdlik nümayiş etdirən Azərbaycan əsgərinin qəhramanlıq rəmzinə çevriliblər və dövlətin qayğısını, eləcə də xalqımızın, dünya azərbaycanlılarının dəstəyini daim hiss edəcəklər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678