Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı – Qazax yolunda ağır qəza: Bir ölü, iki yaralı

112 Baxış

Bakı – Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “QAZ-3110” markalı avtomobillərin toqquşması nəticəsində bir qadın (şəxsiyyəti dəqiqləşdirilir – red.) hadisə yerində dünyasını dəyişib, daha iki nəfər – 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678