Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Samuxda kənd sakinləri arasında bıçaqlanma olub: Saxlanılan var

120 Baxış

Samuxda bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, Samux rayonunda sakinlər arasındakı mübahisə yaralanma ilə nəticələnib.

1992-ci il təvəllüdlü Samux rayon Hacıalılı kənd sakini Allahverdi Yusibov Lək kənd sakini Qəmbərov Elçinə bıçaqla xəsarət yetirib. 

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678