Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanla İran arasında aviareyslər bərpa olunur? – AÇIQLAMA

145 Baxış

“Azərbaycan tərəfi ilə son vaxtlar aparılan danışıqlarda İranla Azərbaycan arasında aviareyslərin açılmasını müzakirə etmişik”.

Bu barədə “Report”a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat verib.

O bildirib ki, Azərbaycanda koronavirusa yoluxanların sayı nəzərəçarpacaq dərəcədə azalıb:

“İranda da virusa yoluxanların sayında azalma müşahidə edilib”.

Qeyd edək ki, Azərbaycanla İran arasında sərhədlər 2020-ci ilin fevralından bağlıdır.

Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında İrandan Azərbaycana gələnlərin sayı 1,2 dəfə azalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678