Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Buxarla sağlam və qənaətli təmizlik – FOTO

125 Baxış

Buxar təmizləyici nədir?

Buxar təmizləyici – (onu buxar generatoru adlandıranlar da var) buxar vasitəsi ilə, heç bir kimyəvi maddə istifadə etmədən müxtəlif səthləri təmizləyən və dezinfeksiya edən cihazdır.

Yüksək hərarətə və suya davamlı bütün materiallar bu vasitə ilə asanlıqla ideal təmizliyə qovuşa bilir. Adi təmizləyici vasitələrdən fərqli olaraq buxar vasitəsilə bu aparat bütün məsamələri təmizləyə bilir. Üstəlik, bu proses zamanı zərərli və bahalı kimyəvi maddələrdən istifadə olunmur. Bu aparat qüsursuz təmizliyi sevən, allergiya, həssaslıq və ya başqa səbəblərdən yuyucu vasitələrdən istifadə etməyənlər üçün idealdır.

Buxar təmizləyici necə işləyir?

Buxar təmizləyicinin yüksək effektivliyinə suyun həll olma xüsusiyyəti, yüksək temperatur və mexaniki təsirin vəhdəti ilə nail olunur. Fərqli formalı və materiallı (polipropilen, müxtəlif formalı fırçalar və mikrofiber parçalar) başlıqlar işin effektivliyini yüksəldir.

Cihaz suyu 115-155°C (Peşəkar avadanlıqlarda 180°C) qızdıraraq buxar təzyiqi yaradır. İsitmə prosesi zamanı cihazın rezervuarında su qaynayaraq buxara çevrilir və burada təzyiq yaranır.

Məişət cihazlarında 3-4.2(bar), peşəkar cihazlarda 12 (bar) qədər təzyiq əmələ gəlir. Səthə düşən isti buxar hətta bərkimiş və qurumuş çirklərin belə yumşalaraq səthdən rahatlıqla təmizlənməsinə səbəb olur. 

Buxar təmizləyici ilə nəyi təmizləmək olar?

Nəm və temperatura davamlı bütün səthləri buxar təmizləyicisi ilə təmizləmək olar. Buxar təmizləyicilərin çox geniş istifadə sahələri var – müxtəlif döşəmələr (daş, keramika, laminat, laklanmış parket və s.), mətbəx texnikası və mebeli, pəncərələr, PVC, santexnika, qaz plitəsi, aspirator, xırda detalları, araməsamələri olan, tez çirklənən, yağlanan bütün mebel və avadanlıqlar, əl-üz yuyan, unitaz, vanna kabinəsi, güzgü bu aparatla tər-təmiz olur. Buxar təmizləyici paltar ütüləməyi sevməyənləri belə bu işin ustasına çevirir. Xüsusi başlığın köməkliyi ilə paltarlar, pərdələr yanma qorxusu olmadan göz qırpımında ütülənir.

Buxarla təmizliyə başlamaq üçün 7 səbəb:

1. Buxarla təmizləmək səhhətiniz üçün zərərsizdir – kimyəvi maddələrdən istifadə etmirsiniz.

2. Buxarla təmizlik pulunuza qənaət edir – yuyucu vasitələrə pul xərcləmirsiniz.

3. Buxarla təmizləmə gigiyenikdir- hətta əl çatmaz yerləri təmizləyə bilərsiniz.

4. Buxarla təmizləmək asandır- səthi sürtmək və cilalamaq lazım deyil.

5. Buxarla təmizləmək universaldır – döşəmə, mətbəx, hamam otağı, pəncərələr kimi fərqli yerlərdə tətbiq olunur.

6. Buxarla təmizlik vaxtınıza qənaət edir – daha sürətli və rahat işləmək üçün şərait yaradır.

7. Buxarla təmizləmə ətraf mühit üçün zərərsizdir – yuyucu vasitələr istifadə olunmur, su israfının qarşısı alınır. 

Uşaqlı ailələr və alergiklər üçün ideal variantdır:

Yuyucu kimyəvi vasitələrdən fərqli olaraq buxar, təmizlənən səthlərdə özündən sonra çox ziyanlı alergen qat saxlamır. Buxarın bu xüsusiyyəti, uşaqlı ailələr və hissiyyatlı adamlar üçün əvəzsizdir. Bundan başqa buxar təmizləyiciləri sərt səhtlərdə olan ən geniş yayılmış məişət bakteriyalarının, virus və mikrobların 99,99 %-ni məhv edir. Evində körpə uşağı, həssas, allergiyaya meyilli ailə üzvləri olanlar üçün bu vasitə əvəzedilməzdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678