Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekspert: “Paşinyan uzunmüddətli maraqları fikirləşmir” – VIDEO

123 Baxış

Ermənistan gec-tez delimitasiya ilə bağlı prosesdə işçi qrupu yaradacaq. Əgər yaratmasa, Azərbaycan təkbaşına, birtərəfli olaraq delimitasiya və demarkasiyanı həyata keçirəcək və Ermənistan yaranmış de-fakto sərhədlərlə barışmalı olacaq. 

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Əli Hacızadə deyib. O bildirib ki, Ermənistan bu prosesi uzatmaqda maraqlıdır:

“Paşinyan uzunmüddətli maraqları fikirləşmir və kütlənin maraqlandığı məsələlərlə maraqlanır. O, müəyyən dərəcədə sərhəddə gərginlik olmasında maraqlıdır. Çünki Paşinyan gərginlik olduğu müddətdə hansısa delimitasiya və demarkasiyadan söhbət gedə bilməyəcəyini deyəcək. Bu, üsullarla onlar prosesi maksimal dərəcədə uzatmaq istəyirlər ki, bəlkə sonra bəxtləri açıla. Hətta onların öndə gedən siyasi liderləri də “bir az gözləyək, sonra yaxşı olacaq” fikrindədirlər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678