Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Lexus” ikinci nəsil NX krossoverini təqdim etdi – FOTO

132 Baxış

Əla nəyisə yaratmaq çətin deyil, əla olandan ideal bir şey yaratmaq daha çətin məsələdir! Amma hamısını sırası ilə. İyun ayının əvvəlində mən ilk dəfə yeni avtomobilin onlayn təqdimatına bağlama şəklində dəvət aldım.

“Taste, listen, smell, touch to reveal” – “Lexus” belə bir konsepsiya altında yeni NX modeli ilə tanış olmağı təklif edirdi!

Qeyd olunan vaxt mən iventə qoşuluram: geri sayım gedir, başlayır…!

“Sabahınız xeyir! Bizim yeni “Lexus” NX modelinə həsr etdiyimiz KİV üçün tədbirdə iştirak etdiyinizə görə təşəkkür edirik. İkinci nəsil NX çox uğurlu modeli əvəz edib. Avropada 170 000-dən vahid satılıb, həm də əksər hallarda alıcılar “Lexus” avtomobilini ilk dəfə əldə edib, bu da NX modelini yeni müştəri cəlb etmə sahəsində liderə çevirib. Bu nailiyyəti möhkəmləndirmək üçün biz anlayırdıq ki, öz hüdudlarımız aşmalıyıq. Və biz buna nail olduq…” – Spiros Fotinos, “Lexus” Avropa marketinq şöbəsinin rəhbəri

Təqdimata əsasən dəqiq deyə bilərəm ki, “Lexus” NX həqiqətən “tamamilə yeni” anlamına gələn “all-new” statusuna uyğun gəlir. İkinci nəslin əsasını “Global Architecture K” (GA-K) modul platforması təşkil edir. Məhz bu platformanın sayəsində tərtib üsulunu dəyişmək, çıxıntıları qısaltmaq, ağırlıq mərkəzini azaltmaq və güc aqreqatları xəttini tamamilə yeniləmək mümkün olub. “Lexus” şirkətində bildirirlər ki, dünyada ilk dəfə seriya avtomobilində möhkəmlik həddi 1180 MPa (ayaqaltı gücləndiricisi) və 1470 MPa (damın gücləndiricisi) olan poladdan istifadə olunub. Yeni NX modelin ön qanadları və kapotu alüminiumdan hazırlanıb.

“Lexus” NX modeli öz sələfindən 20 sm uzundur və uzunluğu 4660 sm təşkil edir. Təkər bazasının ölçüsü 30mm artaraq 2690 mm çatıb. Yeni nəsil krossoverin eni 1865 mm (+ 20 mm), hündürlüyü isə – 1650 mm-dir (+ 5 mm).

NX “Lexus”un milə oxşayan firma qəfəsəsini sadəcə yüngülcə dəyişməklə qoruyub saxlayıb. O şaquli düzülüş və kuzova ümumi forma və həcm verən daha incə çərçivə qazanıb. Avtomobilin bütün enində firma “Lexus” alt işıqlı yeni L-şəkilli kombinə olunmuş fənərləri də qeyd etmək lazımdır. Loqotip də dəyişib – “Lexus” emblemi qara bölməsinin qapısında sadə və daha sanballı görüntü yaradan “LEXUS” adı əvəz edib.

Salon üzrə: yapon dilində “cilov” kimi tərcümə olunan sürücü yerinin “Tazuna” yeni dizayn konsepsiyasının əsasını sürücü üçün “əllər sükanda, gözlər yolda” prinsipinə əməl etməklə intuitiv olaraq anlaşılan idarəetməni təqdim etmə cəhdi təşkil edir.

Ən gözə çarpan yeniliklər sırasına çoxfunksiyalı sükan, cihazlar panelindəki yeddi düymlük ekran, opsional 10 düymlük proyeksiya displeyi və xüsusi olaraq Şimali Amerika bazarı üçün işlənib hazırlanmış tamamilə yeni “Lexus Interface” informasiya – əyləncə sistemi daxildir. 

Baza halında o, 9.8 düymlü, əlavə ödənişlə isə 14 düymlük taçskrin əldə edib. Kompleks daxilə quraşdırılmış virtual assistentə malikdir, proqram təminatını “havaya görə” yeniləyə bilir və sürücülərin fərdi sazlamalarını bulud yaddaşda saxlayır. Yeni “Lexus” NX modelinə rəqəmsal açardan 8 nəfərə qədər istifadə edə bilər. Simsiz “Android Auto” və “Apple CarPlay” dəstəyi birbaşa nəzərdə tutulub.

Yeni NX modeldə obyektləri daha yaxşı tanıyan və çox sayda ssenaridə reaksiya vermək qabiliyyətinə malik modernizə olunmuş “Lexus Safety System +” assistentlər kompleksi debüt edib. Opsional olaraq sistemə hərəkət xəttini dəyişmə zamanı köməkçi və qarşıdan gələn nəqliyyat vasitələrinin köndələn hərəkəti barədə xəbərdar etmə funksiyası əlavə etmək olar. Qapı kilidinin elektrik ötürücülərini yeni elektron idarəetmə sistemi kor zonalara nəzarət vericilərindən məlumatları qəbul edir, avtomobilin arxa tərəfindən yaxınlaşan nəqliyyat vasitələrini və velosipedçiləri izləyir. Təhlükə mənbəyini müəyyən edən sistem nəzarət lampasını və zummeri işə salır, həmçinin qapını açmağa imkan vermir. “Lexus” mütəxəssisləri hesab edir ki, bu texnologiya qapıların açılması ilə bağlı baş verən bədbəxt hadisələrin 95 % qədər qarşısını ala bilər.

Adaptiv kruiz kontrolda da dəyişiklik baş verib, indi o, NX qarşısında hərəkət xəttini dəyişən nəqliyyat vasitəsini daha tez aşkar edə bilir. Yenilənmiş avtomobili seçil hərəkət xəttində saxlama sistemi (Lane Tracing Assist) ilə birlikdə isə o, döngələrdə daha təbii hərəkəti təmin edir. Bundan başqa, adaptiv kruiz kontrol yol nişanlarını tanıma sistemi (Road Sign Assist) ilə daha aktiv şəkildə əlaqə qurur, daha çox sayda nişan və siqnala, o cümlədən svetoforun qırmızı işığına, xəbərdar edici nişanlara və STOP nişanına reaksiya verir. Sistem sürət məhdudlaşdırma nişanları gördükdən sonra sürücüyə hərəkət sürətində dəyişiklik etmək lazım olduğu barədə xəbərdarlıq edilir.

Avtomobilin ürəyi, daha doğrusu, mühərriki ilə bağlı: NX alıcının tələbatına görə müxtəlif variasiyalar təklif edir.

• 199 at gücündə 2.5 litrlik cərgəli dördsilindrli mühərriklə təchiz olunmuş NX 250;

• 8 pilləli avtomat sürət qutulu və daimi tam ötürücü sistemli 279 at gücündə 2,4 litrlik turbo mühərrikli NX 350.

• Dördüncü nəsil “Lexus” hibrid sistemli NX 350h: gücü 22 % çox, işlənmiş qazların toksikliyi 10 % az.

• Həmçinin NX 450h+, akkumulyator batareyasını elektrik şəbəkəsində doldurma imkanı ilk hibrid “Lexus” modeli və yeni NX xətti top modeli: transmissiya gücü – DIN standartı ilə 306 at gücü, elektrik ötürücü rejimində hərəkət ehtiyatı – 63 km

Təqdimat avtomobilin özü kimi mükəmməldir. Sürüb təəssüratlarımızı bölüşmək üçün maşının özünü gözləyirik.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678