Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Azad edilən ərazilərdə milyonlarla ağac əkiləcək”

110 Baxış

“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Karabakh Center” internet resursunun yaradılması çox əhəmiyyətlidir. Qarabağda baş verənlərin, təbiətə amansız münasibətin dünya ictimaiyyətinə çatdırılmasında önəmli addımdır”.

Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qarabağ Dirçəliş Fondunun bu gün keçirilən tədbirində deyib. 

O bildirib ki, işğaldan azad edilən ərazidə təbiətin bərpası üçün addımlar atılacaq:

“Bu ərazilərdə nadir bitkilər, eləcə də ölkəmizin mineral su ehtiyatlarının 40 faizi yerləşir. Qarabağda müasir texnologiyaların tətbiqi ilə yaşıl enerji zolağı yaradılacaq. İşğaldan azad edilən ərazilərdə milyonlarla ağacın əkilməsi və meşələrin bərpası nəzərdə tutulub”. 

O bildirib ki, artıq “Qırmızı kitab”ın 3-cü nəşrinin də hazırlanmasına başlanılıb.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678