Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azəriqaz” sədri qaz tariflərindəki dəyişikliyin müsbət tərəflərini AÇIQLADI

126 Baxış

Mərkəzləşdirilmiş istilik sistemləri, o cümlədən məhəllə qazanxanaları və ya hər hansı bir binanın mərkəzləşdirilmiş qazanxanaları üçün tarif qiymətləri aşağı salınıb.

Oxu.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, qazın qiyməti ilə bağlı qeyri-əhali abonentləri üzrə tariflərdə də dəyişiklik edilib:

“Bu, çox müsbət dəyişiklikdir. Əhali tərəfindən bizə dəfələrlə müraciətlər olunurdu ki, mərkəzi istilik sistemləri olan MTK-lar, yaşayış məntəqələrində, “Azəristiliktəchizat”a qazın veriliş qiymətində müəyyən dəyişiklik olsun. Mərkəzi istilik sistemi olan yaşayış binalarında, o cümlədən “Azəristiliktəchizat”a verilən qazın qiyməti 1 kubmetr üçün 20 qəpik idi, yəni 1000 kubmetr üçün 200 manat idi. Lakin yeni tariflə bu qiymət aşağı salınıb. Yeni tariflə artıq qiymət 20 qəpik deyil 13 qəpikdir”.

Qurumun rəhbəri qeyd edib ki, dünyanın bir çox ölkələrində mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edilir və bu sistemlər qaz məsrəfinin qarşısını almaqla ekoloji cəhətdən bir çox üstünlük verir:

“Bu tarif gələcəkdə mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqinin daha da artmasına gətirib çıxaracaq”. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678