Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Özünü Xoyskinin nəvəsi kimi təqdim edən qızın yalanı üzə çıxdı – VİDEO

119 Baxış

Bir müddət əvvəl özünü Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan nəticəsi kimi təqdim edən Mariya xan Xoyskayanın yalanı üzə çıxıb.

Bununla bağlı AzTV-yə bütün sənədlərdə Mariya xan Xoyskayanın atası kimi qeyd olunan Azad xan Xoyski açıqlama verib.

O bildirib ki, Mariyanın Xoyski nəsliylə heç bir əlaqəsi yoxdur:

“Mənim yoldaşım 1998-ci ildə rəhmətə getdi. Mariyanın anası ilə də o ildə tanış oldum. Biz ailə quranda Mariya vardı, altıncı sinifdə oxuyurdu. Mən onu qızlığa götürdüm. Hazırda İsveçdə yaşayan Mariya xan Xoyskaya mənim qızlığımdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678