Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Beriya və Şevardnadzenin maşınları, sovetin ilk pikapı, ayrılmayan cütlüklər – VİDEOREPORTAJ

120 Baxış

Cənubi Qafqazda yeganə avtomobil muzeyi Tbilisidə fəaliyyət göstərir. 2014-cü ildə yaradılan Gürcüstanın ilk avtomuzeyi şəhərin ətraf İsani-Samqori rayonunda yerləşir və iş adamı Giorgi Mamulaşviliyə məxsusdur. Özəl muzey 2017-ci ilin sonunda fəaliyyətə başlayıb.

“Report”un əməkdaşları Tbilisi Avtomuzeyini ziyarət ediblər və orada saxlanılan maraqlı və zəngin kolleksiya ilə tanış olublar.

Muzeyə daxil olan kimi özünü sanki sovet dövrünün avtoparkında hiss edirsən. Təkərli eksponatlar – rəngbərəng “Zaporojets”, “Jiquli”, “Moskviç”, ağ və qara rənglərdə şöhrətini hələ də saxlayan “Çayka”, “Pobeda”lar göz oxşayır. Yaxşı qulluq göstərilən sovet avtomobil sənayesinin ən populyar modelləri konveyerdən yeni çıxmış kimi par-par parıldayırlar. Avtomuzeyə biletin qiyməti 10 lari (5 manat 40 qəpik) təşkil edir. Qiymətə bələdçinin müşayiəti ilə ekskursiya xidməti də daxildir.

Bizi muzeyin direktoru Rezo Çeişvili qarşılayır, bələdçiliyimizi özü edir və hər avtomobilə aid maraqlı faktları böyük həvəslə danışır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678