Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ayrılan vəsaiti təyinatı üzrə xərcləməyən mətbu orqanları nə gözləyir? – AÇIQLAMA

117 Baxış

Qəzet və saytlara ayrılan maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə tərəfimizdən nəzarət olunacaq. 

Oxu.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib. 

O bildirib ki, 6 ay ərzində maliyyənin xərclənməsinə nəzarət üçün monitorinqlər həyata keçiriləcək. 

Ə.İsmayılov qeyd edib ki, maliyyə redaksiyaların, jurnalistlərin vəziyyətinin yaxşılaşdırılması üçün ayrılır.

“Monitorinqlər nəticəsində redaksiyaların maliyyə vəsaitini təyinatı üzrə xərcləmədiyi aşkarlanarsa, o zaman həmin mətbu orqana maliyyə dəstəyi dayandırılacaq”, – deyə Ə.İsmayılov əlavə edib. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678