Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Orduya məcburi göndərilən ermənilərin işi – Azərbaycandan növbəti humanist addım

112 Baxış

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri – Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə keçirilən məhkəmə prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, məhkəmə iclaslarında Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı terrorçuluq, təxribat hərəkətləri təkzibedilməz sübutlarla təsdiq edilib.

Tarixən bizə məlum olan faktlar məhkəmədə bir daha öz təsdiqini tapıb. Uzun illər Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirdiyi məkrli siyasəti bir daha məlum olub.

Tarix boyu Ermənistan rəhbərliyinin azərbaycanlılara qarşı düşmənçilik, kin və nifrət nümayiş etdirməsi bu ölkənin ideoloji əsaslarından biri olub. Elə bu ideologiya vasitəsilə ölkənin cinayətkar hökuməti öz vətəndaşlarından potensial terrorçu, cinayətkar dəstə və qatil yetişdirməyə çalışıblar. Məhz bu cür qrupların müxtəlif terror təşkilatlarında fəaliyyət göstərdiyi və ya təmsil olunduğu isə heç kimə sirr deyil. Bütün bunlara əsasən, deyə bilərik ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin öz vətəndaşlarından “kamikadze” kimi istifadə etməsi göz önündədir.

Bakı Ağır Cinayətlər Məhkəməsindəki cinayət işində də Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməlləri tam sübut edilib. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətmiş olduğu cinayət əməllərinə görə cinayət işinin başlanması üçün prokurorun vəsatəti əsasında məhkəmə tərəfindən xüsusi qərar çıxarılıb və prokurorluğa göndərilib. Məhkəmədə ittiham olunan şəxslərə rəhbərlik etmiş Ermənistan vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxsləri barəsində beynəlxalq axtarış elan edilib.

Məhkəmədə məlum olub ki, ermənilər hərbi xidmətə getmək və döyüşmək istəməyiblər. Amma Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Lakin həmin şəxslərin Azərbaycan xalqına və Ordusuna qarşı hər-hansı cinayət törətmək niyyətləri olmayıb. Onlar etiraf ediblər ki, döyüşə getməyəcəkləri halda ölümlə hədələnib və ağır fiziki işgəncələrlə təhdid olunublar. Bütün bunlar Ermənistanın rəhbər şəxslərinin öz vətəndaşlarına olan münasibətinin göstəricisidir.

Məhkəmədə anket məlumatlarının dəqiqləşdirilməsi zamanı ittiham olunan şəxslərin əksəriyyətinin işsiz olduğu məlum olub. Hətta onlar ifadələrində bildiriblər ki, işləmək üçün dəfələrlə xarici ölkələrə getmiş şəxslərdir. Bu, bir daha Ermənistanda sosial vəziyyətin nə dərəcədə aşağı olduğunu göstərir. Heç kəsə sirr deyil ki, Ermənistan dünyada yoxsul ölkələr sırasındadır. Bu ölkənin iqtisadiyyatının həddindən artıq aşağı göstəricilərə malik olması bütün statistik rəqəmlərdə, hesabatlarda öz əksini tapıb. Bu da əhalinin sosial rifahının xeyli dərəcədə aşağı olması ilə nəticələnib. Təbii ki, iqtisadiyyatı güclü və dayanıqlı olmayan heç bir ölkə heç nəyə qadir ola bilməz. Ona görə də bütün bunlar ölkədə səfalətin hökm sürməsinə gətirib çıxaran əsas amillərdəndir.

Məhkəmədə təqsirləndirilən şəxslərin ifadələrindən aydın olub ki, ermənilər tərəfindən döyüşənlər yalnız hədə-qorxu ilə orduya cəlb edilənlərdir. Onlar müxtəlif təzyiqlər altında hərbi xidmətə məcburi göndəriliblər. Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməlləri nəticəsində bu gün bu şəxslər gənc yaşında məhkəmə qarşısında cavab verdilər. Ermənistan bu gün məhkum olunan şəxslərin öz ölkələrində yaşadıqları müddətdə zəruri olan hüquqlarını belə təmin etməyib.

Ümid edək ki, artıq məhkum olunan şəxslərə qarşı Azərbaycan tərəfindən göstərilən humanizm Ermənistanı uzun illər apardığı məkrli siyasətdən əl çəkməyə, regionda sabitliyin bərqərar olmasına töhfə olacaqdır. Təbii ki, humanizm siyasəti Azərbaycanda əsas prioritetlərdən biridir. Bu da dövlətimizin humanizm siyasətinin növbəti təzahürüdür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678