Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyənin qəhrəmanına çevrilən azərbaycanlı həkim – FOTO

120 Baxış

Ötən həftə sosial şəbəkələr və türk mediası azərbaycanlı həkimin qəhrəmanlığından danışdı.

Ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir batan 12 yaşlı Həmzə Dağı həmyerlimiz yerindəcə (xərəkdə) müdaxilə ilə xilas edərək həyata qaytarıb. Həmin an xəstəxana kameralarından çəkilən görüntülər ölkədə əks-səda doğurub. Həkimin, uşağı yaşatmaq üçün göstərdiyi səy, peşəkarlıq, ani qərar türk xalqı arasında rəğbətlə qarşılanıb və ölkə gündəminə çevrilib. Türkiyənin qəhrəmanına çevrilən həmyerlimiz uzman ürək-damar cərrahı Sərxan Həsənovla “Kaspi” qəzeti müsahibə alıb.

O, 1984-cü ildə Şəkidə dünyaya gəlib. Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Türkiyədə diplomun təsdiqi imtahanında iştirak edib. 2008-ci ildə TUS imtahanını verərək Kartal Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma xəstəxanasında ürək-damar cərrahı bölümündə oxuyub. 3 il İstanbulda işlədikdən sonra Azərbaycana qayıdaraq Gəncə Beynəlxalq Xəstəxanasında çalışıb. 2020-ci ildən Türkiyənin Yalova Atakənt xəstəxanasında fəaliyyət göstərir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678