Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsmayıllıda ot daşıyan yük maşını yandı, sürücü xəsarət aldı – FOTO

106 Baxış

İsmayıllı rayonu ərazisində yük maşını yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində İsmayıllı – Lahıc yolunun Gəndov kəndi ərazisində qeydə alınıb.

Sürücü Şaiq Muradov yol istismar idarəsinə məxsus “Tatra” markalı yük maşını ilə ot daşıyarkən qəflətən avtomobildə yanğın başlayıb. Alov qısa vaxtda avtomobilin salonuna və yük yerinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı avtomobil, yük yerindəki 200 ədəd ot bağlaması tamamilə yanıb, sürücü Şaiq Muradov yanıq xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, avtomobilin yük yerinə çoxlu sayda yığılan ot bağlamaları kənddə elektrik naqillərinə toxunub, baş verən qısaqapanma nəticəsində yanğın başlayıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678