Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakının bəzi yollarında tıxac var – SİYAHI

185 Baxış

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında sıxlıq yaranan ərazilərin siyahısını açıqlayıb.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, hazırda Bakı-Sumqayıt şosesi (Xırdalan dairəsindən istiqamətindən başlayaraq, “20 Yanvar” dairəsi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Babək prospekti (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Heydər Əliyev prospekti – Köməkçi yol (“Koroğlu” metrostansiyasının qarşısından, şəhər mərkəzi istiqamətində), Zabrat şosesi (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Mikayıl Müşfiq küçəsi (Badamdar dairəsindən, eyni zamanda Qurd Qapısı istiqamətində) yollarda sıxlıq var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678