Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda uşağın telefonunu oğurlayan ər və arvad tutuldu – FOTO/VİDEO

311 Baxış

Paytaxtın Səbail rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Zərərçəkənin valideyni Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, övladı azyaşlı qardaşını bağçaya aparan zaman iki nəfər onlara yaxınlaşıb soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yolu ilə uşağın mobil telefonunu əlindən alıb.

Məlumat daxil olan kimi bölmənin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Samir Əliyev və onun həyat yoldaşı Səidə Əliyeva qısa zamanda saxlanılıblar. Onlar ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri soyğunçuluq hadisəsi və sonradan onların hadisə yerindən yayınmaları ərazidə olan müşahidə kameraları vasitəsiylə lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa? bu barədə ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678