Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hacıqabulda ağır yol qəzası: Xəsarət alanlar var – FOTO

138 Baxış

Hacıqabulda ağır yol qəzası baş verib xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padarçöl kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, iritutumlu yük maşını həmin istiqamətdə hərəkətdə olarkən arxadan gələn Tərtər rayon sakini, 48 yaşlı Bağırov Ziya Qəzənfər oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil ona çırpılıb.

Nəticədə “Nissan”ın sürücü və Tərtər rayon sakinləri 32 yaşlı Təhməzov Əmir Namiq oğlu, 24 yaşlı Hümmətzadə Ləman Qürbət qızı, 15 yaşlı Bağırlı Bəhmən Ziya oğlu müxtəlif xəsarətlər alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678