Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN: “15 nəfər xilas edilib, dörd meyit aidiyyəti üzrə təhvil verilib”

115 Baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 yanğına çıxış, bir nəqliyyat qəzası və 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib, üç nəfərin meyiti isə ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, yanğınlar zamanı iki nəfər xəsarət alıb.

Həmçinin, Xəzər rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678