Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncədə ağacların dibi asfaltdan təmizlənir – FOTO

284 Baxış

Gəncə şəhəri Atatürk prospektində ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. 

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən sözügedən ağacların dibi asfaltdan təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678