Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yük maşını qəza törədib, yol təsərrüfatına ziyan dəyib – FOTO

116 Baxış

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “DAF” markalı yük maşını idarəetməni itirib. Nəticədə yük maşını yolda çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, yük maşını yararsız hala düşüb. Bundan əlavə, qəza zamanı yol təsərrüfatına da ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678