Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Enactus Regionlarda” layihəsi bu dəfə Naxçıvanda – FOTO

136 Baxış

“Enactus Regionlarda” layihəsinin ikinci təlimlər sessiyası 8 və 9 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə Naxçıvanda baş tutub.

Tədbirdə iştirak edənlər ilk olaraq Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, önünə gül qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər. Daha sonra isə Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin məzarları üzərinə qərənfillər düzülmüş və Vətən uğrunda canını fəda edənlərin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.

Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən təlimlərin ilk günü universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, “Enactus NDU”nun rəhbəri Əşrəf Ələkbərov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Murad Əliyev və “Enactus Azərbaycan”ın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadənin açılış nitqləri ilə başladı. Açılış mərasimindən sonra layihənin koordinatoru Rəşad Zeynalov “Sahibkarlığın əsasları və Enactus” mövzusunda təqdimat etdi. Daha sonra komanda üzvləri tərəfindən tələbələrin şəbəkələşməsinə töhfə verəcək oyunlar oynanıldı.

Sessiyanın ilk günü NDU-nun “Dünya iqtisadiyyatı və menecment” kafedrasının müdiri Ceyhun Mahmudovun moderatotluğu ilə “Biznes” mövzusunda təlimlə yekunlaşdı. Təlimlərdən sonra Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, millət vəkili Cəbi Quliyev ilə komanda üzvləri arasında səmimi görüş keçirildi, gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu. Layihənin sonuncu günü mütəxəssislər tərəfindən keçirilən təlimlər davam etdi.

NDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsinin müəllimi, Enactus komandasının fakültə məsləhətçisi Asif Abdullayevin təqdimatında “Təqdimat və nitq mədəniyyəti”, NDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsinin müəllimi, Enactus komandasının fakültə məsləhətçisi Elvin Nəcəfovun təqdimatında “Karyera və şəxsi inkişaf” mövzularında təlimlər sessiyası ilə tədbir uğurla yekunlaşdı.

Təlimlərdə aktiv iştirak edən NDU-nun tələbəsi Səlim Məmmədli layihə barədə öz xoş təəssüratlarını belə bölüşmüşdür: -“İki gün ərzində keçirilən təlimlərdə iştirak etdim və bu təlimlər bizə gələcəkdə özümüzü inkişaf etdirmək üçün yaxşı təəssüratlar bağışladı, universitetimizin qalib Enactus komandası ilə görüş və mükafatlandırılma gənclərdə böyük motivasiya yaratdı. Bu isə onu göstərir ki, dövlətin gənclərə diqqət və qayğısı hər zaman yüksək səviyyədədir!”

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın fərqli bölgələrinə səfərlər edilərək, regionlarda yaşayan gənclərə sahibkarlıq bilik və bacarıqları aşılanır, onların regionların inkişafına töhfə verməsinə zəmin yaradılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678