Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur ifaçı uşaqlıq xatirələrindən danışdı: “Pulsuzluqdan “Şaxta baba” qiyafəsində evlərə gedirdim” – VİDEO

266 Baxış

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub.

Məşhur klarnetçi maddi ehtiyac səbəbindən “Şaxta baba” kimi fəaliyyət göstərdiyini etiraf edib:

“13-14 yaşım vardı. Pula çox ehtiyacımız vardı. Qırmızı xalat tapdım, bəzədim, pambıq alıb saqqal düzəltdim, hədiyyələr düzəltdim. Dekabrın 31-i qapı-qapı gəzib, şəkil çəkdirib pul qazanmağa başladım.

Öz məhləmizdən başladım. Bir nəfər məni yoldan götürüb evlərinə apardı. Məktəb yoldaşımgilin evi idi. Mən onları tanıdım, amma onlar məni tanımadı. O vaxt yaxşı pul qazandım. Evə ərzaq aldım”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678