Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı metrosuna yeni qatarlar gətirilir – RƏSMİ

291 Baxış

“Bakı metropoliteni” QSC Rusiyadan aldığı daha dörd qatar tərkibi bu həftənin sonuna qədər Bakıya gətiriləcək.

Bu sözləri Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda qatarlar Azərbaycan sərhədinə yaxınlaşmaq üzrədir:

“Cari həftənin sonuna qədər qatarlar Bakıya daxil olacaq. Qatarlar Bakıya daxil olandan sonra “Nəriman Nərimanov” deposuna təhvil veriləcək. Depoda qatarlar iki həftə müddətində sazlanma prosesindən keçiriləcək.

Daha sonra həmin qatarlar xəttə buraxılacaq. Dörd yeni qatar istismar müddəti başa çatan qatarlarla əvəzlənəcək”.

B.Məmmədov onu da əlavə edib ki, hazırda Bakı Metropolitenində 15 qatar tərkibindən ibarət 75 yeni vaqon istismardadır:

“Yeni gələnlərlə birlikdə metropolitendə istifadə olunan yeni vaqonların sayı 95-ə çatdırılacaq. Razılaşmaya əsasən, gələn il daha 20 yeni vaqondan ibarət dörd qatar tərkibi Bakıya gətiriləcək”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678