Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Fly Inn” hoteli qapılarını müştərilərinə açıq elan edib – VİDEO

123 Baxış

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində fəaliyyət göstərən “Fly Inn” hotelində mövsümün açılış mərasimi baş tutub. Bu məqsədlə yüksək standartlara cavab verən və müştərilərinin zövqünə oxşayan “Fly Inn” hotelində “Barbecue Party” təşkil edilib. Unudulmaz axşamın qonaqları ölkənin tanınmış bloqerləri, iş adamları və zövqlü əyləncəni sevən insanlar olub.

Tədbirdə çıxış edən “Fly Inn”nin daxil olduğu “Hotels Group” MMC-nin direktoru Nigar Ramazanova bildirib ki, hoteldə gözəl və unudulmaz istirahət üçün hər bir lazımlı şərait yaradılıb.

Burada beynəlxalq standartlara cavab verən 205 qonaq otağı və üç apartament var ki, hər kəs burada rahat və yüksək xidmətlə istirahət edə bilər. Hoteldə qapalı və açıq məkanda hovuz, eyni zamanda spa mərkəzi və idman zalı da fəaliyyət göstərir. Bundan əlavə biznes tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş, ən böyüyün ərazisi 243 kvadratmetr olan beş konfrans zalı da müştərilərə təqdim olunur. Bir sözlə “Fly Inn” hotel istər ailəvi istirahət, istərsə də biznes tədbirləri üçün ən unikal və uyğun məkanlardandır.

Rezervasiya üçün əlaqə: (+99412) 437 49 49


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678