Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Təmiz Şəhər” Şuşada – VİDEO

119 Baxış

Azərbaycan Respublikası Prezidenti tərəfindən  22 iyun 2021-ci ildə imzalanan Sərəncamla işğaldan azad edilən Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi  “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Oxu.Az-a verilən məlumata görə, müvafiq sərəncamla Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə başlanılıb.

İlkin mərhələdə şəhər ərazisinə xüsusi texnikalar, işçi qüvvəsi cəlb olunaraq  küçələrdə və müxtəlif təyinatlı binalarda təmizlik işləri həyata keçirilib. Tullantların daşınması üçün 200 ədəd xüsusi konteyner tullantı meydançalarına yerləşdirilib. İşğal altında olduğu zaman dağıdılan və bərk məişət tullantıları ilə çirkləndirilən tarixi binalar “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən təmizlənib və bu işlər hazarda da davam etdirilir. 

Qurumun sosial şəbəkə səhifələrində Şuşaya ezam olunan əməkdaşların iş prosesini əks etdirən “Təmiz Şəhər” Şuşada başılığı ilə videoçarx paylaşılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678