Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qaxda meşədə ağacları kəsən şəxs saxlanıldı – VİDEO

117 Baxış

Qax rayonu Qazmalar kəndi ərazisində 23 ədəd qovaq ağacının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə ümumilikdə 27 760 manat dəyərində maddi ziyanın vurulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qax rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olmuş müraciət əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ağacları kəsən şəxsin İbaxlı kənd sakini Kamran Abdullayev olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı Kamran Abdullayevin həmin ağacları kəsərək özünə məxsus “QAZ-53” markalı yük avtomobili ilə daşıdığı və ayrı-ayrı şəxslərə satdığı məlum olub.

Daha ətraflı Baku Tv-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678