Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? – RƏSMİ

111 Baxış

“Təhsil Nazirliyi növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsini araşdırır. Burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir”.

Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qurumdan vurğulanıb ki, müxtəlif ölkələrdə ənənəvi tədrisə qayıtmaq üçün fərqli qaydalar tətbiq olunur:

“Onu da qeyd etmək lazımdır ki, təhsil işçilərinin əksəriyyəti vaksinasiyaya cəlb olunub və bu proses hazırda davam edir. Tələbələrin və indiyədək vaksin olunmayan digər təhsil işçilərinin vaksin olunması bu prosesin tamamlanması üçün ən yaxşı yoldur. Bununla bağlı, sentyabradək həm vaksin olunmayan təhsil işçilərinin, həm də tələbələrin vaksin olunması prosesinin genişlənməsi əsas məsələ olmalıdır”.

Təhsil Nazirliyi cəmiyyətin bütün maraqlı tərəflərini pandemiya ilə mübarizədə öz səylərini birləşdirməyə çağırır:

“Unutmayaq ki, ənənəvi təhsilə qayıtmağın yeganə yolu vaksindən keçir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678