Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Veysəloğlu Şirkətlər Qrupu gənc kadrların yetişdirilməsinə dəstəyini davam etdirir – FOTO

135 Baxış

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına dəstək olan Veysəloğlu Şirkətlər Qrupu bu istiqamətdə icra etdiyi “Veysəloğlu ilə İlk Addım” (VİA) təcrübə proqramının növbəti buraxılışına start verib.

Bu il üçüncüsü həyata keçirilən proqram çərçivəsində Azərbaycanın universitetlərində təhsilini yeni tamamlamış istedadlı gənclər sınaqlardan keçdikdən sonra Veysəloğlu Şirkətlər Qrupunda VİA proqramında iştirak imkanı qazanıblar.

Layihənin əsas məqsədi gənclərin universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmələrinə imkan yaradaraq müasir əmək bazarının tələblərinə uyğun gənc kadrların yetişdirilməsinə dəstək olmaqdır.

5 ay davam edəcək təcrübə proqramı müddətində iştirakçılar şirkətlər qrupu və qrupa daxil olan bizneslərin bütün strukturlarında təcrübə qazanacaq, iş prosesi ilə yaxından tanış olacaq, texniki və qeyri-texniki bacarıqlarını artıra biləcəkləri təlimlərə cəlb ediləcək və peşəkarlar onlara biznesin xüsusiyyətləri ilə bağlı “nau-hau” ötürəcəklər.

Sonda layihə iştirakçılarına əldə etdikləri məlumatlar işığında karyera seçimi imkanı verilir. 

26 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya (“Veysəloğlu” MMC), pərakəndə (“Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi), istehsalat (“Ulduz” şokolad fabriki), logistika (“AVT” Logistics) kimi sahələrdə fəaliyyət göstərir. Hazırda qrupda 17 mindən çox əməkdaş çalışır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678