Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rolls-Royce“ın dizayneri Giles Taylorun hazırladığı “HongQİ H9“ avtomobili Bakıda təqdim olundu – FOTO/VİDEO

112 Baxış

Dünyaca məşhur avtomobil dizayneri “Giles Taylor” dizayn etdiyi Çinin nömrə 1 avtomobil brendi “HongQi H9” modeli Bakıda təqdim olundu.

Aylardır avtomobil həvəskarları tərəfindən böyük həvəslə gözlənilən “HongQi” markasının H9 modeli 9 iyul tarixində “Cahan Motors”un sərgi satış salonunda debüt etdi.

H9 AVTOMOBİLİ 2 MÜHƏRRİK VARİANTI İLƏ TƏKLİF EDİLİR

“Hongqi H9” sedanı 2.0 Turbo V4 və 3.0 Turbo V6 mühərrik variantları ilə 4 komplektasiyada təklif edilir: 2.0T “Luxury Edition”, 2.0T “Exalted Edition”, 3.0T “Flagship Edition” və 3.0T “Flagship4 seat Edition”.

“Hongqi H9”un uzunluğu 5 metrdən (5137 mm), ön və arxa asqılar arasında məsafə isə (təkər bazası) 3 metrdən çoxdur.

H9-un 2.0L mühərrik ilə təchiz edilən versiyası 100 kilometrə 7,1 litr, 3.0L mühərriklə təchiz edilən versiyası isə 9 litr yanacaq sərf edir.

“Hongqi H9”da 10 ağıllı, 13 təhlükəsizlik sistemi mövcuddur.

Qeyd edək ki, avtomobilin ilkin satış qiyməti 79.900 dollardan başlayır və komplektasiyasına görə dəyişir.

Taylor Giles haqda

Dizayner Taylor Giles 13 il “Jaguar”da fəaliyyət göstərdikdən sonra 2012-ci ildə “Rolls Royce” komandasına qoşulur. O, burada markanın bir neçə modelininin yenilənməsinə əmək sərf edir. Daha sonra “HongQi” markasına qoşularaq bu əzəmətli modeli hazırlayır.

Avtomobili necə əldə etmək olar?

“HongQi H9” avtomobilini “Cahan Motors”un Babək prospekti 21/99 ünvanında yerləşən sərgi satış salonundan əldə edə bilərsiniz.

Əlaqə nömrəsi: 055 258 55 45

https://fawazerbaijan.az/

https://instagram.com/fawazerbaijan?utm_medium=copy_link


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678