Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ağ ölüm” satan “nəzarətçi” ələ keçdi

126 Baxış

Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Səməd Vurğun küçəsində avtomobillərin parklanma nəzarətçisi kimi işləyən N.Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin, bir kibrit qutusu qurudulmuş marixuana və yeddi ədəd psixotrop həb aşkar edilərək götürülüb. 

Ətrafında aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmiş A.Həsənov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik maddə olan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2,3 kiloqram heroin götürülüb. 

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678