Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ödəniş sistemləri ilə bağlı sorğu keçirildi: Sektorun lideri “MilliÖN” seçildi

114 Baxış

Ölkənin ən tanınmış ödəniş terminalı “MilliÖN” ödəniş sistemi bazarında birinci oldu.

ERA Marketinq Mərkəzi ölkədə fəaliyyət göstərən ödəniş sistemləri ilə bağlı vətəndaş rəy sorğusu  keçirdi. Araşdırma telefon zəngləri vasitəsilə həyata keçirilib. İştirakçılar 18 yaşdan yuxarı, ödəniş terminallarından və ya onlayn ödəniş üsullardan istifadə edən şəxslər arasında təsadüfi seçim vasitəsilə seçilib.

Sorğuda ölkənin bütün regionlarından 1015 respondent iştirak edib.

Sorğu  sisteminin rahatlığı, əhali arasında etibarlı imic formalaşdırması, prosesin sürətliliyi, sistemin istifadəçi dostu olması və sadəliyi kimi əsas məsələləri prioritet götürürdü. 

Sorğu nəticəsində müəyyən edilib ki, ödəniş terminallarından istifadə edən əhalinin 89 %-i məhz “MilliÖN”ə üstünlük verir. İştirakçılar “MilliÖN”ü ödənişin rahat, sürətli və əlçatanlığına, əhalinin dili ilə desək, hər yerdə olduğuna görə seçdiklərini vurğulayıblar. Tətbiqi istifadə edənlərin 67 %-i isə tətbiqin çox rahat və istifadəyə uyğun olduğunu bildirib. Məsələ ilə bağlı “MilliÖN” terminallarının təsisçisi olan “Komtec” şirkətinə müraciət etdik. Şirkətin əməkdaşı Ülviyyə Əfəndiyeva bildirdi ki, bu nəticə onlar üçün o qədər də təəcüblü olmadı. Ülviyyə xanım qeyd etdi ki, ölkənin ilk ödəniş terminalları şirkətimiz tərəfindən təsis edilib. Hal-hazırda ölkədə bizimlə yanaşı bir neçə şirkətin də bu sahədə fəaliyyət göstərməsinə baxmayaraq vətəndaşlar onları da bizim xidmətlər kimi qəbul edirlər. Çağrı mərkəzimizə ortalama ay ərzində 200-dən artıq zəng digər ödəniş terminalları ilə bağlı daxil olur. Bu hal bizi çox sevindirir. Əhali arasında belə bir etibar qazanmaq və sektorun lideri olaraq tanınmaq illərlə qazanılan təcrübənin və sərf olunan əməyin nəticəsidir. “MilliÖN” olaraq bu sevgini görür və bundan sonra da əhalinin gözləntisini doğrultmağa çalışırıq. 

Qeyd edək ki, 4000-nə yaxın ödəniş terminalı, veb sayt və mobil tətbiqi ilə xidmətinizdə olan olan “MilliÖN” ödəniş sisteminin daim yenilənən xidmətləri barədə ətraflı məlumatı www.million.az saytından, şirkətin eyni adlı sosial şəbəkələrindən və ya *0010 Zəng mərkəzindən əldə edə bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678