Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Beta” şirkəti ilə müqaviləyə xitam verə bilər

271 Baxış

“Azərbaycanda olan meşələrin mühafizəsi hər zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas hədəfidir və bu istiamətdə mütəmadi işlər görülür”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda bildirib.

Onun sözlərinə görə, bu sahədə təbii ki, müəyyən çatışmazlıqlar, problemlər ola bilər. Lakin mühafizə sahəsində problemlər azalan istiqamətdədir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə qeyd edib ki, Lənkəran ərazisində yerləşən Haftoni meşəliyində “Beta” şirkətinə icarəyə verilən meşə fondu sahəsində ağacların qırılması faktı araşdırmalar nəticəsində təsdiqini tapıb və iş xidmət tərəfindən dərhal dayandırılıb:

“Ərazi təftiş olunub. Qanunvericiliyə uyğun olaraq bununla bağlı yaxın günlərdə qərar veriləcək. Müqaviləyə xitam verilə bilər”.

H.Əlizadə əlavə edib ki, meşələrin qırılması prosesi hər zaman olub:

“Ötən illərdə meşə qırılmaları 55 min kubmetr idisə, hazırda bu rəqəm 10 min kubmetrə düşüb. 45 min kubmetr kəsintinin qarşısı alınıb”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678