Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

GESCO mühafizə şirkəti Bakıda AVRO-2020-nin təhlükəsizliyini uğurla təmin etdi – FOTO/VİDEO

112 Baxış

2021-ci ildə Azərbaycanın paytaxtı ən çox gözlənilən dünya səviyyəli idman tədbirlərindən birinə – 2020-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi edən şəhərlərdən biri oldu.

Futbol üzrə Avropa çempionatının oyunları möhtəşəm bir hadisədir, çətin ki, onunla populyarlıq və miqyasına görə başqa bir hadisə müqayisə olunsun.

Qeyd edək ki, Bakının ilk dəfə qəbul etdiyi Avropa çempionatı yüksək səviyyədə keçdi ki, bu da Azərbaycanın imicinə, ölkənin dünyada tanınmasına və xarici turistlərin bura cəlb olunmasına müsbət təsir göstərdi və bundan sonra da göstərəcək.

UEFA AVRO-2020-nin dörd oyununu yüksək səviyyədə təşkil etdiyinə görə rəsmi şəkildə Azərbaycana təşəkkür etdi, eyni zamanda tədbirin böyük uğurunu qeyd etməklə yanaşı qonaqpərvər, günəşli Bakıda bu idman layihəsi üzərində işləyən hər kəsə təşəkkürünü bildirdi. AVRO-2020-nin Bakıdakı oyunlarına hazırlığın və keçirilməsinin təşkilini yaxşılaşdırmaq, eləcə də oyunlar zamanı ictimai asayişi və iştirakçıların, tamaşaçıların təhlükəsizliyini təmin etmək işinə müxtəlif miqyaslı kütləvi tədbirlərdə çoxillik təcrübəsi olan GESCO mühafizə şirkəti cəlb edildi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678