Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan könüllülərinin iştirakı ilə “Qəhrəmanlarımız qürurumuzdur!” adlı onlayn görüş baş tutub – FOTO

121 Baxış

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Böyük Qayıdış Gənclər Təşkilatının dəstəyilə ilə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən olan Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Qəhrəmanlarımız qürurumuzdur!” adlı onlayn görüş keçirilib.

Könüllülərə vətənpərvərlik hissinin aşılanması və tarixi zəfərə gedən yolda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə keçirilən görüşdə Milli Qəhrəman general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova qonaq qismində iştirak edib.

O, qəhrəmanımızın keçdiyi şanlı döyüş yolu, eləcə də onun uşaqlıq illəri, uğurları, birlikdə keçirdikləri xoş günlərlə bağlı xatirələrini könüllülərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıb. Polad Həşimovun hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını, onlara dəstək olmağa çalışdığını bildirən Kəmalə Həşimova Azərbaycan gəncləri ilə qürur duyduğunu, onların istər Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə, informasiya müharibəsindəki fəaliyyətlərini olduqca yüksək qiymətləndirdiyini bildirib.

Sonda könüllülər Kəmalə xanıma təşəkkür edib, Polad Həşimovun timsalında bütün qəhrəmanlarımızın onlar üçün əsl örnək olduqlarını və bundan sonrakı fəaliyyətləri ilə də hər zaman onların ruhunu şad etmək üçün çalışcaqlarını qeyd ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678