Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İcazəsiz toy təşkil edən sahibkar CƏZALANDIRILDI

128 Baxış

Samux rayonu ərazisində fəaliyyət göstərən “Sərinim” şadlıq sarayında “e-icaze.gov.az” portalından qeydiyyatdan keçməyərək toy mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və o, 4000 manat məbləğində cərimə olunub.

Bundan başqa, polis əməkdaşları rayonun Kolayır və Qovlarsarı kəndlərində fərdi yaşayış evlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi toy mərasimləri aşkar ediblər ki, onlar barəsində də protokollar tərtib edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678