Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda daha bir yeniyetmə qızı özündən 14 yaş böyük kişiyə nişanlayırlar? – FOTO

123 Baxış

Astarada 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” hesabında paylaşım edib.

Paylaşımda nişanın bu gün saat 14:00-da Astara rayonu Rüdəkənar kəndində baş tutacağı qeyd olunub:

“Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki…) Astara rayonu Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur.

Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678