Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Meksikalı jurnalist Cəbrayıl rayonunu Xirosima və Naqasakiyə bənzətdi – FOTO

258 Baxış

“Cəbrayıl rayonundakı dağıntılar mənə Xirosima və Naqasakidə gördükləri xatırlatdı”.

Bunu “Report”a “Canal Once” və ABC kanallarının aparıcısı, meksikalı jurnalist Federiko Lamont bildirib.

“Tarixə baxsaq, Dağlıq Qarabağ hər zaman Azərbaycana məxsus olub. Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına çağıran BMT Təhlükəsizlik Şurasının qətnamələri də bunu sübut edir. Mən reallıqları Meksika auditoriyasına çatdırmaq üçün buradayam. Buradayam ki, burada həqiqətən nəyin baş verdiyini, kimin günahkar olduğunu onlara başa salım. Tarix hər şeyə öz qiymətini verir”.

“Cəbrayılda yerləşən müsəlman qəbiristanlığında gördüklərimdən sonra kimin günahkar olduğu aydınlaşır”.

F.Lamont qeyd edib ki, 1986-cı ildə Xirosimada olarkən reportajlar hazırlayıb və 1945-ci ildə baş vermiş faciəvi hadisələrə həsr olunmuş muzeydə olub:

“Burada gördüklərim mənə Xirosima və Naqasakidə gördüklərimi xatırlatdı. Yeganə fərq orada atom bombasının partladılması, burada isə insanların insanlığı unutmasındadır. Böyük bir qəbiristanlıq dağıdılıb. İnsanlığı unutmaq olmaz, amma indiki halda unudulub”.

Meksikalı jurnalist deyib ki, Ermənistan törətdiklərinə görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət mütləq Ermənistanın cinayətlərini mühakimə etməlidir.

Xatırladaq ki, Cənubi Amerikadan olan jurnalistlərin Azərbaycanın erməni işğalından azad edilən rayonlarına səfəri başlayıb. Səfər çərçivəsində onlar Cəbrayıl rayonunda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqda olublar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678