Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sürücülərin DİQQƏTİNƏ: Bakının bəzi yollarında tıxac var – SİYAHI

313 Baxış

Bakı Nəqliyyat Agentliyi paytaxtda sıxlıq olan əraziləri açıqlayıb.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şosesi – Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq var.

Həmçinin Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində),

Ziya Bünyadov prospekti – (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq – əsas yol, 20 Yanvar dairəsi istiqamətində), Tbilisi prospekti – əsas və köməkçi yol – (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində), Üzeyir Hacıbəyli küçəsi – (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində) nisbətən, Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) və Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində) sıxlıq müşahidə edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678