Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uzman həkim: “Qazilər üçün psixoloji yardım könüllü keçirilir”

120 Baxış

“Son günlər intihar halları artıb. Belə hadisələrin idarə olunması olduqca çətindir”.

Oxu.Az-ın məlumatına görə, bunu TƏBİB-in psixososial dəstək fəaliyyətləri üzrə uzman həkimi Nərmin Osmanlı bildirib.

Onun sözlərinə görə, bununla bağlı hazırda mütəxəssislərimiz Türkiyənin intihar mövzusunda peşəkar psixoloqları ilə birgə təlimlərə başlayıb:

“Qazilər üçün psixoloji yardım könüllü keçirilir.

Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər. Ona görə də onların ailə üzvləri ilə əlaqə qurmaq və bu sahədə maarifləndirmə işlərinə ehtiyac var. Bu istiqamətdə aidiyyəti qurumlarla əlaqəli  şəklində çalışırıq”.

“Biz xidməti təklif edə bilirik. Bəzən müharibədən qayıdan qəhrəman qazilərimiz psixoloji yardım almaqla bağlı məcburiyyətdən qaçırlar, çünki bu, könüllülük əsasında olmalıdır”, – deyə o əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678