Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

107 Baxış

Tanınmış telejurnalist Günel Gözəlova həkimi məhkəməyə verib.

Bu barədə Oxu.Az-a telejurnalist Günel Gözəlova məlumat verib.

Günel Gözəlova həyat yoldaşının səhhətində yaranan problemdən dolayı mövcud vəziyyətinə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir.

Belə ki, telejurnalistin iddia ərizəsində qeyd olunub ki, G. Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) “Buta” Klinikasında cərrah, uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A. Gözəlovdan sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb.

Fevralın 18-də A. Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A. Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsinin iddiasına görə, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloq isə vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Xəstənin ailəsi və “Buta” Klinikasında nevropatoloq olmadığına görə kənardan dəvət olunan nevropatoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib. İddia ərizəsi Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır.

A. Gözəlovun iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-nə təyin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678