Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Novxanıda gənclər və yeniyetmələr arasında narkotiki təbliğ edən şəxs saxlanılıb – FOTO/VİDEO

118 Baxış

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər məhkum olunmuş Mirzəcan Babayev Hökməli qəsəbəsi ərazisində saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, yeddi ədəd patron, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Saxlanılan şəxs ifadəsində üzərindən aşkar olunan silah-sursat və narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib. Həmçinin, Mirzəcan Babayevin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun Qobu Polis Bölməsinin inzibati ərazisində bir neçə oğurluq hadisələri törətdiyi də məlum olub.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı Novxanı qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Paşayev də saxlanılıb.

Onun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə metametamin aşkar olunub. Saxlanılan şəxsin ətrafında Abşeron Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678