Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN yoxlama apardı: Obyekt bağlandı – VİDEO

119 Baxış

Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən, avtomobil təmiri, texniki qulluğu və eyni zamanda mebel istehsalı fəaliyyəti ilə məşğul olan müəssisədə plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırkı mövcud vəziyyətdə baş verə biləcək yanğın zamanı faciə qaçılmaz olacaq. İnsanların və avtomobillərin məhdud ərazidə sıx cəmləşməsi, mebel istehsalı sexində xammalın, tezalışan kimyəvi qatqı, lak və boyaların mövcudluğu ilkin yanğınsöndürmə vasitələrinin olmaması səbəbindən vəziyyətə operativ müdaxiləni mümkünsüz edəcək, qısa zaman kəsiyində yanğının geniş sahəyə yayılmasına şərait yaradacaqdır.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilən Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən müəssisədə xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678