Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb

131 Baxış

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Həsənsu kənd yolunda qeydə alınıb.

Köçəsgər kənd sakini, 1976-cı il təvəllüdlü Sahib Vəliyevin idarə etdiyi motosikletin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü xəsarət alıb.

O, təcili tibbi yardım maşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678