Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Goranboyda yanğın oldu

138 Baxış

Goranboy rayonunun Qarabucaq kəndində ümumi sahəsi 80 kvadrat metr olan talvarın yanar konstruksiyaları, altına yığılan 10 ton ot bağlamasının beş tonu və yaxınlıqda ümumi sahəsi 112 kvadrat metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678